Bu səhifədə siz həyatın ən vacib suallarına cavablar tapacaqsınız. Suallar, məsələn, belədir: "Həyatın mənası nədir?", "Bundan başqa daha nə var?" Bu səhifədə siz buna bənzər suallara cavablar tapacaqsınız. Bunu bilməsəniz də, Yaradan Allahdan ayrı yaşayırsınız. Sizi Allahdan ayıran təbiətinizdir. Sizə ümidli sözümüz var, çünki Allah sizi sevir və sizi Özü ilə barışdırmaq istəyir, Ona aparan yolu sizə göstərmək istəyir. Allahın təminatı sizi əbədi ayrılıqdan xilas edəcək.
Bunları istəyirsinizmi?
Allah dünyanı, sizi {{ personName }} və məni sevdiyinə görə çıxış yolu təmin etdi ki, Onunla barışıq nəticəsində siz Onun məhəbbətində və sülhündə yaşaya biləsiniz. Allah həyatınızı hər zaman, hətta çətin vaxtlarda belə, sülh və sevinc ilə doldurmaq istəyir.
Müqəddəs Kitabdan sitat: Yəhya 3:16
Allah sizin elə indi bol həyat yaşamağınızı istəyir. Bəs, nə üçün adamların əksəriyyəti bol həyatı yaşamırlar? Yəhya 10:10
Günah sizi Allahdan ayırıb. Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin. 2Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. Yeşaya 59:1-2 Allah ilə sizin aranızda olan ayrılığın səbəbi məhz budur. {{ personName }}, siz Adəmdən başlayaraq nəsildən-nəslə keçən günah ilə doğulmusunuz. Bundan başqa, şüurla da günah etmisiniz. Beləliklə, Allah ilə sizin aranızda ayrılıq var.
Allah insanları Özünə bənzər, Özü ilə ünsiyyət üçün yaratdı ki, biz Ona izzət gətirək, Onunla dost olaq. Allah bizim üçün gözəl dünyanı yaratdı. O, bizə gözəl və dolğun həyat yaşamaq imkanını verdi.
{{ personName }}, Allah robotları deyil, Özünə bənzər canlı varlıqları yaratdı. Allah insanlara sərbəst iradə verdi ki, Onu sevməyi və Ona itaət etməyi seçə bilsinlər; Onunla ünsiyyətdən və Onun xeyir-dualarından zövq ala bilsinlər. Sərbəst iradə Allaha itaətsizlik etmək və Onu sevməmək imkanını da verirdi. Hərçənd, həqiqi dostluq və məhəbbətdə seçim olmalıdır. Dostluq və məhəbbət robot kimi məcburi deyil, sərbəst seçimdir.
Lakin Adəm öz yolunu seçdi; onun itaətsizliyi günaha səbəb oldu. Günah "hədəfə düşməmək" deməkdir. Allahın bizim üçün çox gözəl niyyətləri var. Günahın nəticəsi təkcə Adəmə və Həvvaya deyil, bütün adamlara təsir göstərdi, çünki günah insanın təbiəti ilə nəsildən-nəslə keçdi.
Müqəddəs Kitab deyir:
"Günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi" Romalılara 5:12
Bir çox başqa yollar da var, lakin bunlar uçurumu keçməkdə kömək edə bilmirlər, çünki Allah müqəddəsdir, biz isə günahkarıq. Əməllərimizdən asılı olmayaraq, özümüzü günahdan təmizləyə bilmirik və günahsız yaşaya bilmirik.
Müqəddəs Kitab deyir: "Hamı günah edib, Allahın izzətindən məhrum olub" Romalılara 3:23
"Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır" Romalılara 6:23
Günahın yaratdığı ayrılığı Allah Özü aradan qaldırmalı idi. Məsələni həll etmək üçün Allah Öz Kəlamını - İsa Məsihi yer üzünə göndərdi. Xilaskar İsa Məsih heç kimin edə bilmədiyi işləri gördü. O, Allahın tələb etdiyi kimi günahsız həyat yaşadı və bizim yerimizə ölərək Öz həyatını günahlarımıza görə qurban verdi.
Bir-birinizlə münasibətdə İsa Məsih kimi yaşayın:
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Filipililərə 2:5-7
Müqəddəs Kitab deyir:
Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Romalılara 5:8
Əslində, İsa belə demişdi: "Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz" Yəhya 14:6
Nəhayət, Allah Özü çıxış yolunu təmin etdi. "Kəlam bəşər oldu"; İsa Məsih vasitəsilə Allah ilə insanların arasında olan uçurumun üzərində körpü tikildi. Məsih məhz bu səbəb ilə yer üzünə gəldi. O, çarmıxda qəddarcasına öldürüldü və bizim əvəzimizə cəza aldı. Bununla İsa Allah ilə insanlar arasında uçurumun üzərində körpü qoydu.
Müqəddəs Kitab deyir:
Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Romalılara 5:8
Daha bir ayə:
İsa demişdi: "Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz" Yəhya 14:6
{{ personName }}, artıq görürsünüz ki, bu dünyada hər bir kəs günaha görə Allahdan ayrı düşüb. {{ personName }}, siz və ümumiyyətlə, hər bir kəs təqsirə görə mühakimə olunmalısınız və cəza əbədi davam edəcək. Allah bunu sizə və heç kimə arzulamır. Allah səbirlidir, heç kimin məhv olmasını istəmir, lakin hamının tövbə etməsini və əbədi həyata malik olmasını istəyir. Heç nə etməsəniz, Allahdan ayrı vəziyyətdə qalacaqsınız. Allah sizə həyatı seçməyi təklif edir. O, sizin Səmavi Atanız olmaq, sizi Öz övladı olaraq qəbul etmək istəyir. Dindar əməllərinizlə günahlardan azad ola və Allah ilə barışa bilməzsiniz. İsanı seçmək ilahi həqiqəti seçmək deməkdir. Bu, Allahın lütfü ilə və imanla mümkündür. Həyatda bundan vacib seçim yoxdur. Siz İsa Məsihə və Onun sözlərinə iman etməklə Allahın övladı olursunuz.
Müqəddəs Kitab deyir:
Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Yəhya 1:12
Müqəddəs Kitab yazır ki, bu, Məsihin sözlərinə və Onun həyatda etdiklərinə, ölümünə və dirilməsinə inanmaqla mümkündür.
Müqəddəs Kitab deyir:
Əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. Romalılara 10:9-10
Bunu etsəniz, günahlarınız bağışlanacaq. İman vasitəsilə bəraət qazanırsınız, Xilaskar İsa Məsih vasitəsilə Allah ilə sülh əldə edirsiniz. Bu, iman adlanır. Bu, Məsihə etibar etməkdir. {{ personName }}, siz bunu şəxsən etməlisiniz; Məsihin sözlərinə iman etmək Onu qəbul etmək deməkdir. Beləliklə, İsa həyatınızın Rəbbi olur.
Müqəddəs Kitab deyir:
Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Yəhya 1:12
1. Günahkar olduğunuzu, Allahdan ayrı düşdüyünüzü bilirsinizmi?
2. Allahı tanımaq üçün Xilaskar İsa Məsihə iman etməyin gərəkliyini dərk edirsinizmi?
3. İsa Məsih günahlarınızı Öz üzərinə götürdüyünə görə Ondan sizi günahdan təmizləməyi xahiş edəcəksinizmi?
4. Məsihin Rəbb olduğuna, ölülərdən dirildiyinə iman edirsinizmi?
{{ personName }}, bu suallara cavabınız "bəli"dirsə, bunları Allaha duada söyləyin, çünki O, ürəyinizdə olanları bilir.
İndi isə siz İsa Məsihin qurban qanı ilə günahlardan təmizləndiyinizə görə Allaha şükür edə bilərsiniz.
5. Duada Allaha həyatınızı Ona həsr etdiyinizi söyləyin, çünki Müqəddəs Kitab deyir ki, indi siz "yeni məxluq" olmusunuz. 2 Korinflilərə 5:16-17